Xəbərlər
65 yaş yubiley yaşı münasibətilə təbrik

65 yaş yubiley yaşı münasibətilə təbrik
Suraxanı Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən 208 nömrəli tam orta ümumtəhsil məktəbində çalışan müəllim Əfəndiyeva Minarə Əfəndi qızının 65 yaş yubiley günü münasibətilə təbrik mərasimi keçirilib. Müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb, ona səmimi təbriklər çatdırılıb.
Tədbirdə Suraxanı Rayon Komitəsinin sədri R. Hüseynov iştirak edib, həmkarlar ailəsinin təbriklərini çatdırıb və ona qiymətli hədiyyə təqdim edib.
Tədbir çərçivəsində məktəbin İlk Həmkarlar İttifaqı təşkilatında yeni seçki də keçirilib. Seçki nəticəsində təşkilatın yeni sədri, eləcə də rəyasət və təftiş komitələrinin üzvləri seçiliblər.
Seçilmiş həmkarlar ittifaqı rəhbərliyinə fəaliyyətlərində uğurlar arzulayır, qarşıdakı dövrdə kollektivin hüquq və mənafelərinin qorunması, əməkdaşlığın gücləndirilməsi və həmrəylik prinsiplərinin inkişafı istiqamətində səmərəli fəaliyyət diləyirik.
Mandarin bağına səfər

Mandarin bağına səfər
23 nömrəli körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı üzvlərinin Lənkərana yaddaqalan səfəri
2026-cı ilin oktyabr ayında 23 nömrəli körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı üzvləri Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran rayonuna səfər ediblər.
Səfər çərçivəsində iştirakçılar Lənkəranın füsunkar təbiəti ilə tanış olub, mandarin bağında xoş və yaddaqalan anlar yaşayıblar.
Təbiətin gözəlliyi, mandarin bağının füsunkar mənzərəsi və səmimi ünsiyyət səfərə xüsusi rəng qatıb. Belə tədbirlər kollektiv üzvləri arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə, xoş istirahətin və unudulmaz xatirələrin yaranmasına töhfə verir.
5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik tədbirləri keçirilib.

5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik tədbirləri keçirilib.
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Suraxanı Rayon Komitəsi tərəfindən rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ziyarət edilərək təbrik olunublar.
Bu münasibətlə Suraxanı rayonunun ucqar ərazilərində fəaliyyət göstərən 226 və 172 nömrəli tam orta məktəblərdə, eləcə də 14, 253, 270, 273 və 330 nömrəli təhsil müəssisələrində çalışan müəllimlərlə görüşlər keçirilib.
Görüşlər zamanı müəllimlərin cəmiyyətin inkişafında, gələcək nəslin formalaşmasında və savadlı, vətənpərvər gənclərin yetişdirilməsində mühüm rolu xüsusi qeyd olunub, onların şərəfli və məsuliyyətli fəaliyyətləri yüksək qiymətləndirilib.
Ömrünü gənc nəslə həsr edən müəllim

Ömrünü gənc nəslə həsr edən müəllim
65 illik yubiley və pedaqoji fəaliyyətə vida.
Suraxanı Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin iştirakı ilə 318 nömrəli tam orta məktəbin müəllimi Nərgiz İbrahimovanın 65 illik yubileyi və uzun illər davam edən pedaqoji fəaliyyətinə vida mərasimi keçirilib.
Tədbirdə Nərgiz xanımın təhsil sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət, gənc nəslin təlim-tərbiyəsinə verdiyi töhfələr və müəllimlik peşəsinə sədaqətlə xidmət etdiyi illər xüsusi qeyd olunub.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və bundan sonrakı həyat yolunda uğurlar arzulayıblar.
Suraxanı Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi olaraq Nərgiz xanıma uzun illər ərzində təhsil sahəsinə verdiyi töhfələrə görə təşəkkür edir, yubileyi münasibətilə səmimi təbriklərimizi çatdırırıq.
65 illik yubileyiniz mübarək, Nərgiz xanım! Sizə sağlam və xoşbəxt ömür arzulayırıq!
Həmkarla görüş

Həmkarla görüş
Suraxanı Rayon Komitəsi olaraq rayonumuzun ən ucqar ərazilərində fəaliyyət göstərən təhsil müəssisələrində silsilə görüşlər keçirilib.5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil olunan bu görüşlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin həyata keçirdiyi mühüm tədbirlər və gələcək hədəflər barədə ətraflı məlumat verilib.Görüşlər çərçivəsində komitə üzvləri qarşıdan gələn peşə bayramı münasibətilə ürəkdən təbrik edilib və onlara fəaliyyətlərində uğurlar arzulanıb.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Həmkarla gəzək!

Həmkarla gəzək!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə Suraxanı rayonunun üzv təşkilatı olan 324,268,323,311,19,14 nömrəli körpələr evi,uşaq bağçası və və 316 nömrəli tam orta məktəbin ittifaq üzvləri Qəbələ,Quba,Qusar,Masallı və Lerik və İsmayıllıya səfər edib.
Səfər çərçivəsində iştirakçılar rayonlarımızın əsrarəngiz təbiəti ilə yaxından tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər. Bu cür tədbirlər həmkarlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə, kollektiv münasibətlərinin daha da inkişafına töhfə verir.
Həmkarla gəzək!

Həmkarla gəzək!
Ulu öndər H.Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, Bakı şəhəri üzrə keçirilən idman yarışlarında iştirak edən Suraxanı rayonu ittifaq üzvləri üçün Qusar rayonunda istirahət təşkil olunmuşdur.
Bu səfər komandaların əldə etdiyi yüksək nailiyyətin qiymətləndirilməsi, idmançılarımızın dincəlməsi və gələcək uğurlara motivasiya olunması məqsədi daşıyır.
Həmkarla gəzək!

Həmkarla gəzək!
ETİHİ Suraxanı Rayon Komitəsi tərəfindən rayonun 232,281 nömrəli tam orta ümümtəhsil məktəblərinin və 163,262,331 nömrəli körpələr evi uşaq bağçasının ittifaqı üzvləri üçün iyul ayı ərzində rayonlara maarifləndirici və istirahət turları təşkil edilib.
Turlar çərçivəsində iştirakçılar Şamaxı rayonuna, füsunkar Qubanın füsunkar təbiətinə ,eləcə də Lerik və İsmayıllı rayonlarına səfər edib, ölkəmizin zəngin təbiəti və gözəl guşələri ilə yaxından tanış olublar.
Təşkil olunan səfərlər həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, kollektiv münasibətlərin möhkəmləndirilməsi və mənəvi istirahətin təmin olunması məqsədində olub.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Quba-Qusar səfəri

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Quba-Qusar səfəri
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Suraxanı Rayon Komitəsi tərəfindən hərbi rəhbərlər, veteranlar və şəhid ailələrinin iştirakı ilə Quba–Qusar rayonlarına birgünlük ekskursiya təşkil edilib.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Tədbirin məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, şəhid ailələrinə və veteranlara diqqət və qayğı göstərmək, həmçinin vətənpərvərlik dəyərlərinin təbliğinə töhfə vermək olub


