“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsi Suraxanı rayonu ərazisində yerləşən təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil sahəsi əməkdaşlarının sosial-iqtisadi hüquqlarının qorunması və peşə maraqlarının müdafiəsini öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin fəaliyyəti əsasən əmək münasibətlərinin səmərəli tənzimlənməsi, üzv təşkilatların sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, eləcə də mədəni, maarifləndirici və ictimai xarakterli tədbirlərin həyata keçirilməsi istiqamətlərini əhatə edir.

Struktur baxımından Komitə Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindəki ilk həmkarlar ittifaqı təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir və üzvlərin hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir.

Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.

Sosial ədalət və həmrəylik dəyərlərinə sadiq qalaraq, Komitə üzvləri ilə daimi qarşılıqlı əlaqə şəraitində fəaliyyətini davam etdirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Rayon Komitəsi rayon ərazisində fəaliyyət göstərən 73 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 5261 ittifaq üzvünü özündə birləşdirir.

Suraxanı Rayon Komitəsinin fəaliyyət istiqamətləri: